
London Ankara ilə “Eurofighter” müqaviləsinin uğurla tamamlanmasını gözləyir
Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi “Eurofighter Typhoon” qırıcılarının Türkiyəyə satışı üzrə danışıqların müsbət nəticələnəcəyinə əmin olduğunu bildirib.Bu barədə Oxuməni.az “TASS”-a istinadən xəbər verir.
"Biz Eurofighter Typhoon təyyarələrinin Türkiyəyə mümkün ixracı ilə bağlı irəliləyiş əldə etməyə davam edirik və əminik ki, Eurofighter [konsorsiumdakı] dörd tərəfdaşı bu satışı dəstəkləyəcək", - Lemmi Ankaraya səfəri ərəfəsində "Hürriyyət" qəzetinə deyib.
Onun fikrincə, “Eurofighter”-lərin Türkiyəyə satılması “onilliklər ərzində NATO-nun əsas müttəfiqləri arasında formalaşmış dostluq əlaqələrini gücləndirəcək”.
Almaz Həsənli
Digər xəbərlər