Azərbaycanda saxlanılan ruslar barəsində istintaq hərəkətləri aparılmır

Azərbaycanda saxlanılan ruslar barəsində istintaq hərəkətləri aparılmır

07:55
Bəyəndim (3) Bəyənmədim (0)

Azərbaycanda həbs edilən rusiyalı İlya Bezuqlının atası İqor Bezuqlı bildirib ki, istintaq təcridxanasında oğluna qarşı heç bir istintaq hərəkəti aparılmır.

"İlya mənim oğlumdur, Bakıda qanunsuz saxlanılır. Həyat yoldaşım İlyanın anası hazırda oradadır. Onlar həftədə bir dəfə baş çəkirlər. İstintaq təcridxanasında səkkiz girov saxlanılır. Heç bir istintaq hərəkəti aparılmır", - İqor Bezuqlı RİA Novosti-yə bildirib.

Rusiya ilə Azərbaycan arasında münasibətlər iyunun sonlarında Yekaterinburqda reyd keçirilən zaman pisləşib. Təhlükəsizlik qüvvələri 50-yə yaxın adamı saxlayıb, iki Azərbaycan vətəndaşı isə həlak olub. Bundan sonra Rusiyanın Sputnik Azərbaycan agentliyinin iki əməkdaşı saxlanılıb. Bundan əlavə, səkkiz Rusiya vətəndaşı həbs edilərək narkotik alverində ittiham olunub. Onların arasında proqramçı İlya Bezuqlı da var idi. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərin üzlərində hematoma və qançırlar görünüb.

Əziz Mustafa