Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri yeni görüşlər üçün Türkiyəyə gəlib

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri yeni görüşlər üçün Türkiyəyə gəlib

11:03
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov Telegram kanalında ölkəsi ilə Rusiya arasında məhbus mübadiləsi ilə bağlı yeni danışıqlar üçün İstanbula gəldiyini açıqladı.

Siyasətçinin sözlərinə görə, o, yaxın günlərdə bu cür mübadilələrin "prosesini açmaq" üçün Türkiyədə və Yaxın Şərqdə işləyəcək.

"Yaxın günlərdə, xüsusən də Türkiyədə görüşlər keçiriləcək. Məhz bu məsələ - mübadilələrin bərpası", Umerov yazıb.

O, həmçinin bildirib ki, "razılaşma olub və onun həyata keçirilməsi lazımdır".

Oktyabrın 2-də Rusiya Müdafiə Nazirliyi Rusiyanın Kiyevin nəzarətində olan ərazidən 185 hərbçisini geri qaytardığını və bunun müqabilində Ukrayna Silahlı Qüvvələrindən (USQ) 185 hərbi əsirini təhvil verdiyini açıqladı.

Nazirlik həmçinin Rusiyanın Ukrayna ilə mübadilə çərçivəsində Kiyevin nəzarətində olan ərazidən 20 mülki şəxsi geri qaytardığını bildirdi.

Əziz Mustafa