Yaponiya Baş naziri güclü zəlzələdə tələfatın sayını açıqladı
Yaponiyada baş verən güclü zəlzələdə otuz nəfər xəsarət alıb. RİA Novosti agentliyinin məlumatına görə, Baş nazir Sanae Takaiçi bu barədə təcili brifinq zamanı məlumat verib. NHK-nın məlumatına görə, Yaponiyada baş verən zəlzələ nəticəsində təxminən 30 nəfər xəsarət alıb. Yeraltı təkanlar həmçinin bir evdə yanğına səbəb olub.
Baş nazir qeyd edib ki, hakimiyyət orqanları fəlakətin vurduğu ziyanı qiymətləndirməyə davam edir. Takaiçinin sözlərinə görə, Hokkaydodan şimal-şərqi Honşuda Sanriku sahillərinə qədər ərazidə böyük zəlzələ ehtimalı adi haldan daha yüksəkdir. Buna görə də o, ictimaiyyəti daxil olan məlumatları diqqətlə izləməyə və təcili təxliyələrə hazır olmağa çağırıb.
Dekabrın 8-də Yaponiyada 7,6 bal gücündə zəlzələ baş verib. Yaponiya Milli Meteorologiya Administrasiyasının məlumatına görə, onun episentri Aomori prefekturasının şərqində, Sakit Okeanda, 50 km dərinlikdə yerləşib.
Yaponiya Meteorologiya Agentliyi təxminən üç metr hündürlükdə olan sunami ölkənin şərq və şimal-şərq sahillərinə doğru irəlilədiyini bildirib. Hokkaydo, Aomori və İvate prefekturalarının sahil ərazilərinin sakinlərinə dərhal təhlükəsiz ərazilərə təxliyə olunmaları tövsiyə edilib.
Rusiyanın Tokiodakı səfirliyi ölkədə yaşayan Rusiya vətəndaşlarından heç bir sorğu almadığını bildirib.
Əziz Mustafa













.jpg)
.jpg)
.jpg)


























































.jpg)








