Moldova Ukraynadan olan qaçqınlar üçün xüsusi hüquqları 2027-ci ilə qədər uzadacaq
Moldova Daxili İşlər Nazirliyi Ukraynadan olan qaçqınlar üçün müvəqqəti qoruma mexanizminin 2027-ci ilə qədər uzadıldığını elan etdi. Bu mexanizm çərçivəsində onlar müddəti bitmiş sənədlərdən, eləcə də Moldova vətəndaşlarının hüquqlarından istifadə edə bilərlər.
"Moldova Respublikası müvəqqəti qorumanın uzadılması ilə bağlı 2025/1460 saylı Aİ Qərarını qəbul edir", - nazirliyin mətbuat xidməti aydınlaşdırıb.
Ukrayna vətəndaşları üçün xüsusi rejim 2023-cü ilin mart ayında tətbiq edilib və sonuncu dəfə 2026-cı ilin mart ayına qədər uzadılıb. Bu rejim həmçinin belə şəxslərə ölkədə qalmağa, işləməyə, təhsil almağa və tibbi və sosial yardım almağa imkan verib. Moldova Miqrasiya Departamentinin məlumatına görə, 80 mindən çox insan bu hüquqları əldə edib.
Əziz Mustafa
































.jpg)
.jpg)
.jpg)
















































