Tramp İranla danışıqlar aparmaq üçün nümayəndələrinin səfərini ləğv etdi
ABŞ xüsusi elçilər Cared Kuşner və Stiv Vitkoffun İranla danışıqlar aparmaq üçün Pakistana planlaşdırılan səfərini ləğv etdi. Bu barədə Axios Donald Trampın açıqlamasına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika nümayəndələri diplomatik çıxılmaz vəziyyəti həll etmək üçün İslamabadda İranın xarici işlər naziri Abbas Aragçi ilə görüşməli idilər.
Lakin İran tərəfi danışıqlar üçün ilkin şərt olaraq dəniz blokadasının qaldırılmasını tələb etdi və Aragçinin özü Trampın elçiləri ilə görüşməyə razılıq vermədən Pakistanı tərk etdi.
ABŞ prezidenti qərarını məsələlərin telefonla müzakirə edilə biləcəyi ilə izah etdi.
"Hazırkı vəziyyətdə onları 18 saatlıq uçuşa göndərməyin mənasını görmürəm. Bu, çox uzundur. Biz bunu telefonla da eyni dərəcədə yaxşı edə bilərik. İranlılar istəsələr bizə zəng edə bilərlər", - deyə Tramp bildirib.
Tramp həmçinin İran rəhbərliyi daxilindəki qeyri-mütəşəkkilliyə diqqət çəkib.
Əziz Mustafa




































.jpg)
.jpg)






.jpg)






















.jpg)















