Çin ilk dəfə olaraq Dongfeng hipersonik raketinin buraxılışını nümayiş etdirdi
Çinin dövlət telekanalı CCTV DF-17 hipersonik raketinin buraxılışının kadrlarını yayımlayıb.
Oxuməni.az xəbər verir ki, media iki döyüş atışlı təlimin kadrlarını göstərib. Bu zaman Dongfeng-17 raketinin buraxılış qurğusu və onun şaquli buraxılışı nümayiş etdirilib. Həmçinin, Çin ordusunun müxtəlif qoşun növlərinin Qobi səhrasındakı raket qüvvələri poliqonunda keçirilən təlimləri də nümayiş etdirilib.
“South China Morning Post” qəzetinin yazdığına görə, analitiklər bu hipersonik raketi ciddi bir əngəlləyici amil adlandırırlar. Çin ilk dəfə olaraq onu 2019-cu ilin oktyabrında Pekində keçirilən hərbi paradda nümayiş etdirib. İndi isə ilk dəfə olaraq buraxılışın video yazısı göstərilib.
Videoda həmçinin bir neçə DF-17 raketli maşının eyni anda buraxılış mövqelərinə yerləşdiyi göstərilib. Bu, çoxsaylı buraxılışların təlimindən xəbər verə bilər.
Verilişdə iddia olunub ki, DF-17 raketi mürəkkəb relyef şəraitində və "müxtəlif maneələr" şəraitində fəaliyyət göstərə bilər. Telekanal bildirib ki, buraxılışa cavabdeh olan bölmələr güclü elektromaqnit maneələri və yüksək dəqiqlikli əks-hücumlar kimi vəziyyətlərə hazırlaşmalı olublar. Həmçinin bildirilir ki, raket qüvvələri üçün "intensiv idarələrarası" təlim "normaya çevrilib".
Verilişdə bir neçə başqa raket də göstərilib. O cümlədən yeni orta mənzilli DF-26 raketi. CCTV-nin məlumatına görə, o da təlimlər zamanı buraxılıb, lakin buraxılış kadrları göstərilməyib.
Bu raketin 5740 km-ə qədər mənzili var və "Quam qatili" kimi tanınır, çünki bu uzaq Amerika adasının ərazisinə çata bilir.
DF-17-nin uçuş məsafəsi 2500 km-ə çatır. Bu, Çinə təkcə materikin dərinliklərinə zərbələr endirməyə deyil, həm də Sakit Okeandakı strateji cəhətdən əhəmiyyətli adalara çatmağa imkan verə bilər. Bu ada arxipelaqı Çini Sakit Okeanın açıq sularından ayırır və ABŞ-ın əngəlləmə strategiyasının əsas elementidir.
Almaz Həsənli




















































































