NATO iki müdafiə xərcləri blokuna bölünür

NATO iki müdafiə xərcləri blokuna bölünür

16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi Avropa ölkələri müdafiə xərcləri öhdəliklərini yerinə yetirir, digərləri isə yerinə yetirmir. Lakin, alyans Ukraynaya 70 milyard dollar ayırmağı planlaşdırır.

NATO daxilində iki düşərgə formalaşıb: müdafiə xərclərini artıra bilən ölkələr və çətinlik çəkən və ya sadəcə dayanan ölkələr.

Nəşr xatırladır ki, bir il əvvəl ABŞ Prezidenti Donald Trampın təzyiqi və NATO-nun Baş katibi Mark Ruttenin dəstəklədiyi tələb altında NATO ölkələri investisiyaları 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər.

O vaxtdan bəri Almaniya və Şimali və Şərqi Avropa ölkələri xərcləri artırmaq üçün imkan tapıblar; lakin bir sıra digər böyük və kiçik Avropa ölkələri çətinliklərlə üzləşir və ya bunu etməkdə gecikirlər.

"Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr müdafiə xərclərinin arıırlmasında çətinlik çəkirlər", - Bruegel beyin mərkəzinin baş elmi işçisi Guntram Wolff agentliyə bildirib.

Bir il əvvəl 5% hədəfinə imza atmaqdan imtina edən yeganə ölkə olan İspaniya hökuməti xərcləri artırmaq istəmir.

Əziz Mustafa