Fransada meşə yanğınları törətməkdə şübhəli bilinən 400-dən çox insan həbs edilib
Fransada qəsdən və ya təsadüfən genişmiqyaslı dağıntılara səbəb olan meşə yanğınları törətməkdə şübhəli bilinən 400-dən çox insan həbs edilib. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qəsdən və ya təsadüfən yanğın törətməkdə şübhəli bilinən 420 nəfərin həbs olunduğunu bildiriblər. Onların arasında 166 yetkinlik yaşına çatmayan var.
23 yaşlı bir nəfər ötən ay Varın cənub-şərq departamentində beş gün ərzində qəsdən 10 yanğın törətməkdə ittiham olunur. Təqsirli bilinərsə, 15 il həbs və 150.000 avro cərimə ilə üzləşə bilər.
Digər bir fransız kişi Voges bölgəsində üç meşə yanğını törətdiyinə görə üç il həbs cəzası alıb. Bir çox başqaları da məhkəməyə verilib və dərhal məhkum ediliblər.
Eyni zamanda, fransızlar hüquq-mühafizə orqanlarının çox qısa müddət ərzində bu işləri nə dərəcədə hərtərəfli araşdırdığını soruşurlar.
Xatırladaq ki, Fransanın cənubunda tüğyan edən meşə yanğınları nəzarət altına alınıb; yanğınlar artıq o qədər də genişmiqyaslı təhlükə yaratmır. Ən çox zərər çəkən Jirona departamentində vəziyyət artıq nəzarət altındadır.
Əziz Mustafa






























.jpg)




















































