Soçi sahilinə pilotsuz qayıqlar hücum edib, yanğın başlayıb
Soçi sahilinə pilotsuz qayıqlar hücum edib, yanğın başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın Meduza və Astra nəşrləri, eləcə də Rusiyanın hökumətyönlü Telegram kanalı Baza məlumat yayıb.
Krasnodar Operativ əməliyyat qrupu Soçidə sahildə pilotsuz qayıqların hücumu nəticəsində yanğın baş verdiyini təsdiqlədi.
Ukraynanın monitorinq televiziya kanalı Supernova+ hücumun şahidlərinin videosunu yayımladı. Videolardan birində çimərlikdə, ehtimal ki, kafe olan bir binanın yandığı göstərilir.
Rusiya mediası bildirir ki, hücum nəticəsində rusiyalı müğənni Tatyana Bulanovanın Festivalnı Konsert Salonundakı çıxışı ləğv edilib. Xatırladaq ki, 7 sentyabr Bazar ertəsi gecəsi Soçidəki neft anbarında yanğın baş vermişdi.
Əziz MUSTAFA
Digər xəbərlər




















































































