«Düşünürdüm ki, sağ ikən onun üzünün necə göründüyünü heç vaxt bilməyəcəyəm»

«Düşünürdüm ki, sağ ikən onun üzünün necə göründüyünü heç vaxt bilməyəcəyəm»

26 Oktyabr 2023 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Perunun ən məşhur mumiyası olan Xuanitanın üzü kompüter vasitəsilə yaradılıb. 15-ci əsrdə And dağlarının zirvəsində ritual üçün qurban verilən Perunun ən məşhur mumiyası Xuanitanın büstü kompüterin köməyi ilə üzünün yenidən yaradılması sayəsində hazırlanıb.

Peru və Polşa alimləri qrupunun isveçli arxeoloq və heykəltəraş Oscar Nilsson ilə birgə apardığı iş nəticəsində yaradılmış büst Santa Maria Katolik Universitetinin And ziyarətgahları muzeyində keçirilən mərasimdə nümayiş etdirilib. Silikondan hazırlanmış büst özündə qabarıq yanaq sümükləri, qara gözlər və qaralmış dərisi olan gənc qadını təsvir edir.

“İnka Buzlu Qız” kimi də tanınan Juanita adlı mumiyanı tapan amerikalı antropoloq Yohan Reynhard: “Düşünürdüm ki, sağ ikən onun üzünün necə göründüyünü heç vaxt bilməyəcəyəm” deyə bildirib.

İsveçli arxeoloq və heykəltəraş Oscar Nilsson, Juanitanın üzünün modelləşdirilməsinin təxminən 400 saat çəkdiyini bildirib.

Varşava Universitetinin And Tədqiqatları Mərkəzinin polşalı bioarxeoloqu Daqmara Soça mərasimdə bildirib ki, Xuanitanın üzünü əldə etmək üçün ilk addım onun kəllə sümüyünün nüsxəsini hazırlamaq olub.

Santa Maria Katolik Universitetindən verilən açıqlamada üz-üzə prosesdə etnoloji xüsusiyyətlər, yaş və dəri rəngi nəzərə alınaraq bədən taramaları və DNT analizlərindən istifadə edildiyi bildirilib.

Antropoloji araşdırmalara görə, Juanita 1440-1450-ci illər arasında, 13-15 yaşında olarkən qurban edilmişdir.

And dağlarında ritual üçün qurban kəsilərkən boyu 1,40 metr, çəkisi 35 kiloqram olduğu müəyyən edilən Xuanitanın ölüm səbəbinin beyninin oksipital lob deyilən hissəsinə aldığı ağır zərbə olduğu müəyyən edilib.

Xatırladaq ki, amerikalı antropoloq Xuanitanı 1995-ci ildə qarla örtülü Ampato vulkanında 6 min metr yüksəklikdə kəşf edib.

Peru, İnka imperiyasından əvvəl və sonra çiçəklənən müxtəlif sivilizasiyalara aid yüzlərlə arxeoloji sahəyə ev sahibliyi edir.

Murad Şahməmməd