Oturaraq işləmək vaxtından əvvəl ölüm riskini 16 faiz artırır

Oturaraq işləmək vaxtından əvvəl ölüm riskini 16 faiz artırır

12 Fevral 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni bir araşdırmaya görə, bütün günü oturaraq işləyən insanların hər hansı səbəbdən vaxtından əvvəl ölmə riski aktiv iş mühitində işləyənlərə nisbətən ən azı 16 faiz yüksəkdir.

«JAMA» jurnalında dərc edilən araşdırmaya görə, işdə oturaraq işləyənlərin hər hansı səbəbdən vaxtından əvvəl ölüm riski digər iş qruplarına nisbətən 16 faiz yüksəkdir.

Əsasən iş yerində oturaraq işləyən insanların ürək-damar xəstəliklərindən ölmə riski oturmayanlara nisbətən 34 faiz yüksəkdir.

Tayvanda aparılan araşdırmada təxminən 13 ildir izlənilən 20 və daha yuxarı yaşda olan 481 min 688 fəal işləyən insan iştirak edib.

İştirakçıların heç birində işə başlayanda ürək-damar xəstəliyi diaqnozu olmayıb.

Oturaq işləyən işçilər gündəlik iş rejiminə 15-30 dəqiqəlik fiziki fəaliyyət əlavə etməklə ölüm riskini tarlada işləyən işçilərlə eyni səviyyəyə endirməyə nail olublar.

Tədqiqatın nəticələri "Oturaq həyat tərzi ilə sağlamlıq riskləri arasında əlaqə yaratmağa kömək edir" - deyə tədqiqatçılar bildiriblər.

Oxuməni.az