Ursula fon der Leyen Bakıdan Yerevana gəlib
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Bakıdan Yerevana gəlib.
Oxuməni.az “ArmenPress”-in məlumatına istinadla xəbər verir ki, onu Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
Avropa Komissiyasının prezidenti artıq Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb.
Tərəflər, digər məsələlərlə yanaşı, Ermənistan mallarının Aİ ölkələrinə ixracının asanlaşdırılmasını da müzakirə etməyi planlaşdırırlar.
Görüşdən sonra Paşinyan və Ursula fon der Leyen bəyanatlar verəcək və media nümayəndələrinin suallarını cavablandıracaqlar.
Qeyd etmək lazımdır ki, Avropa Komissiyasının prezidenti bir gün əvvəl Azərbaycanda olub və orada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb. Bakıda fon der Leyen Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün Azərbaycana 200 milyon avroya qədər qrant ayrıldığını elan edib.
Almaz Həsənli



















































































