Sibiqa ikitərəfli münasibətləri müzakirə etmək üçün Varşavaya səfər edir
Ukrayna və Polşa xarici işlər nazirləri Andriy Sibiqa və Radoslav Sikorskinin 3 iyul cümə günü Varşavada görüşməsi planlaşdırılır. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə Polşa Xarici İşlər Nazirliyi bildirib.
"İki siyasətçi arasında görüş, Volodimir Zelenskinin Xüsusi Əməliyyat Qüvvələrinin Şimal xüsusi təyinatlı dəstəsinə Ukrayna Üsyançı Ordusunun Qəhrəmanlarının adını vermək qərarı ilə Varşava ilə Kiyev arasında davam edən gərginlik fonunda keçiriləcək", - deyə nəşr yazır.
Qeyd olunur ki, danışıqlarda, xüsusən də Ukrayna-Polşa münasibətləri və cəbhədəki vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, 1 iyulda Rada Prezident Vladimir Zelenskinin təşəbbüsü ilə Ukrayna Milli Panteonunun yaradılması haqqında qanun qəbul etdi. Sənəddə "Ukrayna xalqının ən yaxşı oğul və qızları" kimi təltif ediləcək görkəmli şəxslərin siyahısının yaradılması nəzərdə tutulur.
Daha sonra Polşa Ali Radanın Milli Yaddaş Panteonunun yaradılması qərarını tənqid etdi.
Əziz MUSTAFA


















.jpg)
.jpg)
.jpg)





























































