Politico: Aİ Türkiyə ilə viza rejiminin sadələşdirilməsini müzakirə edir
Aİ Türkiyə ilə viza rejiminin daha da liberallaşdırılmasını müzakirə edir. Bu məsələ Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın Ankaraya səfəri zamanı qaldırılıb. Bu barədə Oxuməni.az “Politico” nəşrinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanla aparılan danışıqlarda genişlənmə və daxili işlər və miqrasiya üzrə Avropa Komissarları Marta Kos və Magnus Brunner də iştirak edib.
Türkiyənin Xarici İşlər Nazirliyi əvvəllər bildirib ki, Aİ-yə üzvlük ölkənin strateji məqsədi olaraq qalır. Hal-hazırda namizəd statusuna malik doqquz ölkə var. Türkiyədən əlavə, bunlar Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Serbiya, Ukrayna, Moldova və Gürcüstandır.
Almaz Həsənli
























.jpg)
.jpg)

.jpg)























































