Büyükada Çimərliyində yanğın!  Alovlar meşəyə yayılıb

Büyükada Çimərliyində yanğın! Alovlar meşəyə yayılıb

11:13
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulun Büyükada adasındakı Viranbağ çimərliyində naməlum səbəbdən güclü yanğın başlayıb və .alovlar sürətlə meşəlik ərazilərə yayılıb. Yanğın çimərlikdə istirahət edənlər arasında böyük çaxnaşmaya səbəb olub

Yanğın dünən Bakı vaxtı ilə saat 21:30 radələrində baş verib. Səbəbi bilinməyən yanğını görən şahidlərin xəbərlərindən sonra hadisə yerinə yanğınsöndürənlər və təcili yardım işçiləri göndərilib.

Yanğınla mübarizə aparmaq üçün vertolyot da cəlb olunur. Bu arada, yanğın zamanı dörd nəfərin tüstüdən yaralandığı bildirilir.

Yanğın yerinə cəlb edilən polis əməkdaşları araşdırmalara başlayıblar və hadisə çahidlərini dindirirlər.

Əziz Mustafa