Rusiya Yaponiyadan aviasiya kerosini idxal etməyə başlayacaq
Rusiya Yaponiyadan bir partiya aviasiya kerosini idxal etməyə hazırlaşır. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, iyulun birinci yarısında Tiba limanında ən azı 200 min barel yanacaq yüklənəcək.
Təchizat bir neçə treyder vasitəsilə həyata keçiriləcək. Əvvəlcə aviasiya kerosini Cənubi Koreyaya göndəriləcək, sonra Cənubi Koreyanın Yosu limanı yaxınlığında bir tankerdən digərinə yüklənəcək. Daha sonra yanacaq Rusiyaya göndəriləcək. Son təyinat məlum deyil.
Jurnalistlər Kpler informasiya-analitik xidmətinin məlumatlarına istinadən qeyd edirlər ki, əvvəlki oxşar tədarük 2022-ci ilin fevralında qeydə alınıb. O zaman Yosudan Vladivostoka 22 min barel aviasiya yanacağı çatdırılıb.
Ukrayna pilotsuz təyyarələrinin neft obyektlərinə zərbələri nəticəsində yaranan yanacaq böhranı fonunda Rusiya digər ölkələrdən daha çox yanacaq almağa məcburdur. Bildirilib ki, ölkə Hindistandan benzin idxal etməyə başlayıb, həmçinin Qazaxıstanla danışıqlar aparır.
Almaz Həsənli







































.jpg)
.jpg)

.jpg)








































