NYT: İsrail İranın əsas danışıqçılarına sui-qəsd planlaşdırıbmış
İsrail hakimiyyəti ABŞ ilə danışıqlarda nümayəndə heyətinə rəhbərlik edən İranın xarici işlər naziri Abbas Əraqçıya və ölkə parlamentinin spikeri Məhəmmədbaqer Qalibafa sui-qəsd planlaşdırıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times"a bir neçə keçmiş və hazırkı amerikalı rəsmi məlumat verib.
Əraqçı və Qalibaf İsrailin İranda rejimi dəyişdirmək üçün öldürməyi planlaşdırdığı yüksək rütbəli İran rəsmiləri və hərbçilərinin siyahısında idilər. "The Wall Street Journal" mart ayında yazmışdı ki, ABŞ və İran arasında danışıqlar başladıqdan sonra Əraqçı və Qalibaf müvəqqəti olaraq İsrailin hədəf siyahısından çıxarılıb.
Təxminən bu vaxt, "NYT" müsahiblərinin məlumatına görə, ABŞ ən azı Qalibafın siyahıda qaldığını öyrənib və İsraildən hər hansı bir hərəkətdən çəkinməyi xahiş edib. Bundan əlavə, Amerika tərəfi üçüncü ölkələr vasitəsilə İrana Qalibafın öldürülməsi planları barədə məlumat ötürüb.
İranda bu məlumata ciddi yanaşıblar. Xüsusilə, Qalibafın Pakistan səfərindən əvvəl, Amerika nümayəndə heyəti ilə danışıqlar üçün İran ABŞ-dan onun təhlükəsizliyinə zəmanət tələb edib.
Eyni zamanda, nəşrin mənbələri bildiriblər ki, Qalibafın Pakistandakı danışıqlardan sonra İrana qayıtdığı təyyarəyə İsrail qırıcıları tərəfindən hücum edilməsi planlaşdırılırdı. İran hərbçiləri o zaman İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarını ölkənin hava məkanında qeydə aldıqlarını bildiriblər. Qalibafın olduğu təyyarə sərhədə ən yaxın hava limanına təcili eniş edib və İran nümayəndə heyəti oradan Tehrana səkkiz saat ərzində quru yolu ilə çatıb.
Almaz Həsənli





















.jpg)
.jpg)

.jpg)

























































