Hakerlər ABŞ federal kəşfiyyat paylaşma platformasını ələ keçiriblər
Hakerlər ABŞ federal kəşfiyyat paylaşma platformasını ələ keçiriblər. İlkin məlumatlara görə, hücum edənlər federal və yerli hökumət qurumları tərəfindən istifadə edilən məxfi məlumatlara daxil ola bilərlər.
"TechCrunch" xəbər verir ki, ABŞ Vətən Təhlükəsizlik Departamenti, dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının və yerli hökumətlərin əməliyyat məlumatları və kəşfiyyat məlumatlarını paylaşdığı federal platforma olan Vətən Təhlükəsizlik Məlumat Şəbəkəsinə (HSIN) qarşı kiberhücumdan sonra araşdırma aparır.
Hakerlər may ayının sonu və iyun ayının əvvəlində HSIN serverlərinə daxil olublar. Hadisənin rəsmi əhatə dairəsi hələ açıqlanmasa da, onların məxfi məlumatlara daxil ola biləcəkləri ehtimal olunur.
Vətən Təhlükəsizlik Departamentinin sözçüsü kiber hadisəni təsdiqləyərək, bunun məxfi məlumatları ehtiva etməyən köhnəlmiş məlumat paylaşma mühiti ilə əlaqəli olduğunu qeyd etdi. Lakin departament hansı məlumatların oğurlana biləcəyini dəqiqləşdirməyib.
HSIN fövqəladə hallar, genişmiqyaslı tədbirlər və böhran vəziyyətləri zamanı federal və yerli hökumət qurumları arasında hərəkətləri əlaqələndirmək üçün istifadə olunur. Platforma analitik məlumatların, cavab planlarının və digər rəsmi materialların mübadiləsini asanlaşdırır.
Senatın Kəşfiyyat Komitəsinin üzvü Mark Uorner bildirib ki, HSIN-dəki məlumatlar məxfi olmasa da, olduqca həssasdır və onun sızması milli təhlükəsizliyə təhdid yarada bilər. O qeyd edib ki, sistem hazırda Dünya Çempionatı oyunları zamanı təhlükəsizlik tədbirlərini əlaqələndirmək üçün istifadə olunur və əvvəllər Vaşinqton yaxınlığında "American Airlines" təyyarəsi və "Black Hawk" helikopterinin iştirakı ilə baş verən təyyarə qəzasına cavab olaraq istifadə olunub.
Hazırkı haker hücumunun arxasında duran şəxslər, onların əlaqəsi və motivləri hələ müəyyən edilməyib.
Əziz Mustafa















.jpg)
.jpg)
.jpg)

































































