Pezeşkian Tehranda Paşinyanla görüşüb
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı ikitərəfli münasibətlərin ardıcıl inkişaf edəcəyinə və güclənəcəyinə əminliyini ifadə edib. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Tərəflər həmçinin regional əhəmiyyətli məsələlər üzrə fikir mübadiləsi aparıb, sülhün, sabitliyin və regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Pezeşkian həmçinin Paşinyanı Ermənistandakı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Ermənistanın Baş naziri İrana İranın Ali Lideri Əli Xameneinin vida mərasimində və dəfnində iştirak etmək üçün gəlib. Xamenei fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub.
Almaz Həsənli


























.jpg)
.jpg)

.jpg)





















































