ABŞ B-52 Stratofortress bombardmançı təyyarələrini Böyük Britaniya bazasından çıxarıb

ABŞ B-52 Stratofortress bombardmançı təyyarələrini Böyük Britaniya bazasından çıxarıb

07:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançı təyyarələri İrana qarşı döyüş əməliyyatlarında istifadə üçün yerləşdirildikləri Böyük Britaniyanı tərk edib. Bu barədə TWZ:The War Zone (TWZ) məlumat yayıb.

Veb saytın məlumatına görə, üç təyyarədən ibarət iki qrupda altı bombardmançı təyyarə 1 iyulda Fairford Hərbi Hava Qüvvələri bazasından yola düşüb. Nəşr qeyd edir ki, bu təyyarələrdən İslam Respublikası ərazisinə zərbələr endirmək üçün istifadə olunub.

B-52 Stratofortress təyyarələrinin Böyük Britaniyadan çıxarılması ABŞ-ın zəruri hallarda İrana qarşı hücumlarını bərpa etməsinə mane olmayacaq. On iki B-1 Lancer strateji bombardmançı təyyarəsi İngiltərənin cənub-qərbindəki hava bazasında qalacaq. Vaşinqton həmçinin birbaşa ABŞ-da yerləşən B-52, B-1 və B-2 bombardmançı təyyarələrindən də İrana hücumlarda istifadə edə biləcək.

Əziz MUSTAFA