DÇ-2026: İspaniya Avstriyanı, Portuqaliya Xorvatiyanı, İsveçrə isə Əlcəzairi məğlub edərək 1/8 final mərhələsinə adladılar
Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il futbol üzrə Dünya Çempionatı davam edir.
Dünən axşam və bu gün səhər 2026-cı il futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirildi.
Oxuməni.az xəbər verir ki, İspaniya millisi futbol üzrə 2026-cı il Dünya Çempionatının 1/16 finalında Avstriya komandasını darmadağın edib.
Los-Ancelesdə (ABŞ) keçirilən görüş 3:0 hesabı ilə başa çatıb. Mikel Oyarzabal dubl edib, Pedro Porro da fərqlənib.
29-cu dəqiqədə "Furiya Roxa"nın müdafiəçisi Mark Kukurelya qol vursa da, Avstriya qapıçısına qarşı qayda pozuntusu səbəbindən ləğv edilib. Yeddi dəqiqə sonra İspaniya millisinin hücumçusu Mikel Oyarzabal hesabı açıb. 66-cı dəqiqədə müdafiəçi Pedro Porro İspaniya millisinin üstünlüyünü möhkəmləndirib. 89-cu dəqiqədə Oyarzabal dubl edərək hesabı darmadağına çatdırıb.
1/8 final mərhələsində Luis de la Fuentenin yetirmələri Portuqaliya komandası ilə qarşılaşacaqlar. Dallasda keçiriləcək oyun Bakı vaxtı ilə iyulun 6-sı saat 23:00-da baş tutacaq.
Portuqaliya millisi futbol üzrə 2026-cı il Dünya Çempionatının 1/16 finalında Xorvatiya komandasını məğlub edib.
Torontoda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. 53-cü dəqiqədə İvan Perişiç xorvatları irəli çıxarıb. 68-ci dəqiqədə Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Qonsalu Ramuş portuqaliyalıların ikinci qolunu vurub. 90+13-cü dəqiqədə xorvat Yoşko Qvardiol hesabı bərabərləşdirsə də, baş hakim norveçli Espen Eskos ofsayd səbəbindən qolu ləğv edib.
1/8 final mərhələsində Roberto Martinesin yetirmələri İspaniya millisi ilə qarşılaşacaqlar.
İsveçrə millisi futbol üzrə 2026-cı il Dünya Çempionatının 1/16 finalında Əlcəzair komandasını məğlub edib.
Vankuverdə keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Brel Embolo və Dan Ndoye vurublar. Brel Embolo 10-cu dəqiqədə Joan Manzambinin ötürməsindən sonra topu qapıya göndərib.
İkinci hissəyə əlcəzairlilər bir sıra səhvlərlə başlayıblar ki, bundan da Dan Ndoye istifadə edərək hesabı 2:0 edib.
İsveçrə 1/8 finalda Kolumbiya - Qana matçının qalibi ilə oynayacaq. Bu oyun 04 iyulda Bakı vaxtı ilə saat 05:30-da başlayacaq.
Oxuməni.az bu gün axşam və sabah səhər Dünya Çempionatında baş tutacaq oyunların siyahasını təqdim edir ( Bakı vaxtı ilə göstərilmişdir, oyunlar Ictimai TV kanalında canlı yayımlanır) :
03 iyul 2026-cı il
1/16 final: Avstraliya – Misir, saat 22:00
04 iyul 2026-cı il
1/16 final: Argentina – Kabo-Verde, saat 02:00
1/16 final: Kolumbiya – Qana, saat 05:30
2026-cı il Dünya Çempionatı iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə Qətərdə finalda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.
Almaz Həsənli


























.jpg)
.jpg)

.jpg)



























































