Vens ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyat keçirmə ehtimalını istisna etməyib

Vens ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyat keçirmə ehtimalını istisna etməyib

08:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın vitse-prezidenti J.D. Vens İrana qarşı yenidən hərbi əməliyyat keçirmə ehtimalını istisna etməyib. Oxuməni.az xəbər verir ki, bununla bağlı Vens Virginiya ştatında jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etməyəcəyinə zəmanət verə bilməyəcəyini deyib.

"Heç nə vəd edə bilmərəm, çünki bu, iranlıların sonda necə davranacağından asılıdır. Əmin olduğum odur ki, prezident dəqiq müəyyən edilmiş bir məqsəd olmadığı təqdirdə qoşunlarımızı geri göndərməyəcək", - deyə Vens bəyan edib.

O qeyd edib ki, əgər İran nüvə proqramlarını bərpa etmək qərarına gəlsələr, yenidən kommersiya gəmiçiliyini hədəf almağa başlasalar, onda müharibəni bərpa etməkdən başqa çıxış yolumuz qalmayacaq.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp jurnalistlərə İrana qarşı əməliyyatları bərpa etmək niyyətini təsdiqləməmiş və Vaşinqtonun Tehranla münasibətlərinin yaxşı getdiyi barədə fikirlərini bildirmişdi.

Əziz Mustafa