Maariv: Türkiyə İsrail üçün İrandan daha böyük təhlükə yaradır
İsrail qəzeti Maariv Türkiyənin hərbi potensialının sürətli güclənməsinə həsr olunmuş material dərc edib. Oxuməni.az xəbər verir ki, məqalə müəllifinin fikrincə, bu gün Ankara, silahlı qüvvələrinin miqyaslı modernləşdirilməsi və öz müdafiə sənayesi kompleksinin inkişafı sayəsində İsrail üçün İrandan daha ciddi strateji çağırış yaradır.
Nəşrin qeyd etdiyi kimi, Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya malikdir. Ehtiyatda olanları nəzərə almadan, onun silahlı qüvvələrinin sayı təxminən 480 min hərbi qulluqçudur. Quru qoşunlarının silahlanmasında, o cümlədən alman Leopard 2A4 və milli dizaynlı əsas döyüş tankı Altay da daxil olmaqla, təxminən 2200 tank var.
Maariv xüsusi diqqəti Türkiyənin müdafiə sənayesi kompleksinə yetirir. Bu gün Türkiyə öz ordusu üçün lazım olan silah və hərbi texnikanın təxminən 80%-ni müstəqil olaraq istehsal edir. Bu siyahıya pilotsuz uçuş aparatları, zirehli texnika, raketlər, gəmilər və çoxşaxəli hava hücumundan müdafiə sistemləri daxildir.
"Təhlükəsizlik baxımından Türkiyə müasir ordu və müstəqil müdafiə sənayesi yaradıb – qabaqcıl, yüksək texnologiyalı və təsəvvürdən kənar təsir edici. Bu sahə iqtisadi artımın mühərrikinə və birinci dərəcəli diplomatik vasitəyə çevrilib. Türkiyənin müdafiə sənayesi sahəsində nə kimi uğurlar qazandığı sadəcə inanılmazdır," - deyə məqalə müəllifi etiraf edir.
Nəşrin məlumatına görə, Türkiyə Qətərdə, Somalidə, Şimali Kiprdə, Liviyada və Suriyada bazalar da daxil olmaqla, xaricdə hərbi obyektlər şəbəkəsinə malikdir, həmçinin İraqın və Suriyanın şimal rayonlarında hərbi mövcudluğunu qoruyur.
Maariv ayrıca Türkiyənin "Mavi Vatan" doktrinasını xüsusi olaraq qeyd edir ki, bu da Ankarada Şərqi Aralıq dənizi, Egey və Qara dənizlərdə təsir dairəsinin genişləndirilməsini nəzərdə tutur. Nəşrin fikrincə, bu strategiyanın həyata keçirilməsi regionda qüvvələr balansını dəyişir və "Yunanıstanın və Cənubi Kiprin dəniz sərhədlərinə meydan oxuyur, onlar İsrailin Türkiyə nəhənginə qarşı hərbi müttəfiqləridir."
Almaz Həsənli





























.jpg)
.jpg)

.jpg)


















































