Onurğa beyinə anında və yüksək dəqiqliklə təsvir edən texnika işlənib hazırlanıb

Onurğa beyinə anında və yüksək dəqiqliklə təsvir edən texnika işlənib hazırlanıb

11 Mart 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Xroniki bel ağrıları tarixdə qala bilər. Onurğa beynini real vaxtda və yüksək dəqiqliklə təsvir etmək üçün bir texnika işlənib hazırlanmışdır. Bu texnika xroniki bel ağrısı olan insanlara sağlamlıqlarını bərpa etməyə kömək edə bilər.

Kaliforniya Universitetində çalışan bir qrup alim “funksional ultrasəs görüntüləmə” (FUSI) adlı yeni cərrahi görüntüləmə texnikası hazırlayıb. Bu texnika cərrahlara onurğa beyninin real vaxt rejimində və yüksək rezolyusiyada görüntülənməsini təmin edir. Alimlər bu üsul sayəsində insanların, xüsusən də xroniki bel ağrılarından əziyyət çəkən insanların sağalacağını düşünürlər.

Ənənəvi görüntüləmə üsulları onurğa beynində 2 santimetrlik qan axını dəyişikliyini aşkar edir. FUSI adlı yeni texnologiya bu səviyyəni 1 millimetrdən də aşağı salır. Bu çox vacibdir, çünki mütəxəssislər tətbiq etdikləri müalicənin onurğa beyninə təsirini anında ölçə biləcəklər. Bunun sayəsində müalicə üsulunun reaksiyasını dərhal anlamaq mümkün olacaq.

Layihəni davam etdirən şəxslərdən biri olan Vasileios Christopoulos bu yeni texnologiyanın 6 xəstə üzərində sınaqdan keçirildiyini və nəticə verdiyini açıqlayıb. Alim bu xəstələrin çox uzun müddətdir bel ağrıları ilə mübarizə apardıqlarını və hazırda son çarə olaraq əməliyyat olunduqlarını bildirib. Burada əməliyyat zamanı FUSİ-dən kömək alınıb. Onurğa beyni anında görüntülənib və əməliyyatın effektiv olub-olmadığına nəzarət edilib.

Oxuməni.az