Alimlər qurbağanın ayağında cücərən göbələk aşkar ediblər

Alimlər qurbağanın ayağında cücərən göbələk aşkar ediblər

15 Fevral 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanlı alimlər qeyri-adi kəşf ediblər. Ümumdünya Vəhşi Təbiət Fondunun tədqiqatçıları canlı qurbağanın ayağında cücərən göbələk aşkar ediblər.

“The Independent” qəzetinin yazdığına görə, Ümumdünya Vəhşi Təbiət Fondunun alimləri ilk dəfə canlı qurbağanın ayağında böyüyən göbələk aşkar ediblər.

Canlı bir orqanizmin üzərində böyüyən bir göbələyin daha əvvəl sənədləşdirilmədiyini bildirən elm adamları, qurbağanın yaşadığı yerin kifayət qədər nəm və üzvi maddə təmin edərək, göbələyin böyüməsi üçün ideal bir mühit yaratmış ola biləcəyini ifadə ediblər.

Araşdırmanın təfərrüatları "Sürünənlər və Amfibiyalar" jurnalında dərc olunub.

Oxuməni.az