Hizbullah İrandan asılı olmayaraq İsraili vurmağa hazırlaşır
Livanda yerləşən Hizbullah qruplaşması İrandan asılı olmayaraq yaxın günlərdə İsraili vura bilər. Bu barədə CNN kəşfiyyat məlumatlarına istinadən xəbər verir.
Televiziya şirkətinin məlumatına görə, Hizbullah gizli şəkildə zərbəyə hazırlaşır. Bununla belə, onun öz hərəkətlərini İranla koordinasiya edib-etmədiyi bəlli deyil.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı evinə hücumdan sonra başlayıb. Ehtimallara görə, ev İsrail raketi ilə vurulub. Haniyə ölkənin yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.
Oxuməni.az
Digər xəbərlər