HƏMAS silahlıları israilli girovu güllələyib

HƏMAS silahlıları israilli girovu güllələyib

13 Avqust 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstin HƏMAS hərəkatının İzzəddin əl-Qəssam Briqadası kimi tanınan hərbi qanadının sözçüsü Əbu Ubeydə bildirib ki, “bir-biri ilə əlaqəsi olmayan iki insidentdə” israilli girovlardan biri güllələnib, ikisi isə yaralanıb. Bu barədə “Kommersant” HƏMAS Telegram kanalına istinadən yazır.

İsrail Müdafiə Qüvvələri (IDF) hələlik bu məlumatı təsdiq edə bilmir.

Əbu Ubeydənin sözlərinə görə, israilli girovların mühafizəsinə cavabdeh olan iki silahlı onlardan birini öldürüb, iki nəfəri isə ağır yaralayıb. "Onların həyatını xilas etmək üçün tədbirlər görülür, vəziyyəti aydınlaşdırmaq üçün komissiya yaradılıb, nəticələr daha sonra açıqlanacaq", - HƏMAS Telegram kanalında deyilir.

Oxuməni.az