Ukrayna Qərbin icazəsi olmadan Rusiyanın dərinliklərinə zərbələr endirə bilər
Ukrayna özünün uzaqmənzilli “Palyanitsa” raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirəcək.“Associated Press” Ukrayna rəsmilərinə istinadən bu barədə yazır.Bu silahlarla Rusiya
ərazisini atəşə tutmaq üçün Kiyevin Qərbin icazəsinə ehtiyacı yoxdur.
“Ukrayna öz cavablarını hazırlayır. Öz istehsalımız olan silahlarla”, - Ukraynanın müdafiə naziri
Rustem Umerov avqustun 26-da Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturuna növbəti
kütləvi raket hücumunu şərh edərkən deyib.
Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodrov nəşrə bildirib ki, bu dron yerplatformasından buraxılır və 600-700 km-ə qədər uçuş məsafəsinə malikdir ki, bu da ABŞ-ın
təchiz etdiyi “ATACMS” raketlərinin mənzili ilə müqayisə oluna bilər. Bu silahlar Rusiyanın
dərinliklərindəki hədəfləri vurmaq üçün istifadə oluna bilər,Ukraynanın hazırkı münaqişədə
imkanlarını genişləndirə bilər. Ukraynanın yeni dron-raketi “Palyanitsa” əhəmiyyətli texnoloji tərəqqi və Ukraynanın Rusiya ilə
davam edən qarşıdurma kontekstində müdafiə qabiliyyətini gücləndirmək istəyini nümayiş
etdirir.
Almaz Həsənli