Ermənilərin yük maşını Əsgəranda minaya düşdü

Ermənilərin yük maşını Əsgəranda minaya düşdü

28 İyul 2017 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın işğal olunmuş ərazilərindəermənilərə məxsus yük maşını tank əleyhinə minaya düşüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 27 iyul saat 11.36-da Əsgəran rayonunun "fövqəladə hallar xidməti"nə "ZİL-130" markalı avtomobilin minaya düşməsi barədə xəbər daxil olub. Hadisənin Xocavənd rayonunun "Novruzlu" adlanan ərazisində baş verdiyi, ancaq xəsarət alanların olmadığı bildirilir. Maşında sürücü və onun Xocavənddə yaşayan iki sərnişini olub.

Mediainfo.az