Kəşmirdə partlayış törədilib

Kəşmirdə partlayış törədilib

7 Mart 2019 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanla Pakistan arasında gərginlik mənbəyi olaraq qalmaqda davam edən Cammu və Kəşmirdə növbəti terakt həyata keçirilib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə bu gün günorta saatlarında Cammu və Kəşmir ştatında avtobus dayanacağında hələlik kimliyi məlum olmayan naməlum şəxslər tərəfindən partlayış törədilib. Hadisə nəticəsində ölənlər olmasa da, azı18 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polis partlaışı törədən naməlum şəxsləri axtarır.