Avstriyada rusiyalı casusun həbs müddəti uzadılıb

Avstriyada rusiyalı casusun həbs müddəti uzadılıb

11 Mart 2019 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Zalsburq şəhər məhkəməsi Rusiyanın xeyrinə casusluqda günahlandırılan Avstriya ordusunun keçmiş polkovnikinin həbs müddətini uzadıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə RİA Novosti Zalsburq məhkəmə rəsmisinə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, rusiyalı casusun pozuculuq fəaliyyəti ilə bağlı istintaq işləri başa çatmadığından onun həbs müddəti daha 2 ay uzadılıb. Bazar günü isə Avstriyanın Xarici işlər naziri Karin Knaysl Avstriya ordusunun polkovnikinin Rusiyaya casusluq etməsi ilə bağlı istintaqın hələ bir müddət də davam edəcəyini bildirmişdi.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Avstriya ordusunun adı açıqlanmayan polkovniki Rusiyaya casusluq üstündə həbs edilib.