Əsəd güclərinin İdlibə hücumları davam edir

Əsəd güclərinin İdlibə hücumları davam edir

10 İyun 2019 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bəşər Əsəd rejiminin İdlibə hücumları davam edir.

Əsəd gücləri Hamanın şimal hissəsində mövqe tutan Türk Silahlı Qüvvələrinin (TSK) gözətçi postunun yaxınına iki gün ərzində iki dəfə hücum edib.

Məlumata görə, Bəşər Əsəd artilleriyası Morik və ətrafındakı ərazilərə zərbələr endirib. Atılan top mərmilərinin bir neçəsi TSK-nın ərazidəki 9 nömrəli postunun yaxınlığında düşüb. Buna baxmayaraq TSK postuna zərər dəyməyib.

Qeyd edək ki, Bəşər Əsədə bağlı artilleriya ötən həftədə eyni əraziyə hücum edib. Teleqraf