Cəbhə xəttində mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub

Cəbhə xəttində mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub

11 İyun 2019 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.
Mediainfo.az-a MN-dən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Cəvahirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.