Hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən atə­şə tutul­ub

Hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən atə­şə tutul­ub

29 İyul 2019 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­muşdur.

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” mar­kalı avtomobilə dəymişdir.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.