Cəbhədə erməni təxribatı: Bir əskərimiz yaralandı

Cəbhədə erməni təxribatı: Bir əskərimiz yaralandı

31 İyul 2019 21:35
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları da­vam edir.

Oxuməni.az-a DSX-dən verilən məlumata görə, 2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­ub. Düş­mənin atəş nöqtələri cavab atəşilə sus­durulub.

Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.