Dünya şokda: ABŞ Türkiyəni müharibə ilə hədələdi

Dünya şokda: ABŞ Türkiyəni müharibə ilə hədələdi

22 Oktyabr 2019 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Əgər hərbi əməliyyatlara ehtiyac olarsa, onda siz bilməlisiniz ki, Prezident Tramp belə addımlar atmağa tam hazırdır", - deyə Pompeo vurğulayıb.

Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo bəyan edib ki, Donald Tramp Türkiyəyə qarşı hərbi əməliyyatlara hazırdır, lakin Vaşinqton "müharibədənsə sülh" formuluna üstünlük verir. Oxumeni.az xəbər verir ki, Pompeo bunu "CNBC" telekanalına müsahibəsində bildirib.

Əgər hərbi əməliyyatlara ehtiyac olarsa, onda siz bilməlisiniz ki, Prezident Tramp belə addımlar atmağa tam hazırdır", - deyə Pompeo vurğulayıb.

Bu arada Prezident Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq oluna bilər: "Əgər Türkiyə lüzumsuz hərəkətlərə yol verərsə (hərçənd düşünmürəm ki, bu, baş verəcək), bizim heç kəsin bilmədiyi qüvvəmiz var - bu, sanskiyalardır, bu, rüsumlardır. Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)