11 NATO ölkəsi Litvada hərbi təlimlərə başladı

11 NATO ölkəsi Litvada hərbi təlimlərə başladı

4 Noyabr 2019 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Litvada NATO-nun 11 ölkəsindən 4 min nəfərə yaxın hərbçinin iştirakı ilə “Dəmir canavar – 2019-II” adlı təlimlər başlayıb.

Oxumeni.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

Təlimlərin əsas fazası noyabrın 18-dək davam edəcək, texnikanın daimi yerinə qayıtması isə 18-22 noyabr tarixlərinə planlaşdırılıb.

Ümumilikdə, təlimlərdə min vahid hərbi texnikanın, o cümlədən tankların, döyüş maşınlarının və artilleriya silahlarının iştirakı nəzərdə tutulub.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Belarus sərhədləri yaxınlığında həyata keçirdiyi təlimlərlə əlaqədar rəsmi Minskin narahatlığına əsas heç bir əsas görmədiyini bəyan etmişdi.

Bundan öncə Belarusun müdafiə naziri Andrey Ravkov isə bildirmişdi ki, Minsk ABŞ-ın tank əleyhinə zirehli texnikaları Litvada yerləşdirilməsi və NATO-nun 2020-ci ilin yazında “Defender Europe” adlı hərbi təlimlər keçirməsi ilə əlaqədar cavab tədbirləri görəcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)