Tacikistan- Özbəkistan sərhədində 15 döyüşçü öldürüldü

Tacikistan- Özbəkistan sərhədində 15 döyüşçü öldürüldü

6 Noyabr 2019 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

6 noyabr gecə saatlarında silahlı qruplaşma Tacikistan-Özbəkistan sərhəd postuna hücum edib.

Oxumeni.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi Sərhəd Qoşunlarının Mətbuat xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, 20 maskalı silahlı şəxs Düşənbə şəhərindən 60 kilometr qərbdə yerləşən “İşkobod” 4 saylı forpostuna hücum ediblər.

Hərbi əməliyyat nəticəsində 15 döyüşçü məhv edilib, daha 5 nəfər tutulub.

Silahlı qrupun zərərsizləşdirilməsi zamanı sərhəd qoşunlarının bir əsgəri və bir polisin öldürüldüyü qeyd olunur.

Hadisə yerində əməliyyat-istintaq qrupu yaradılıb, istintaq davam edir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)