Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib

Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib

29 Noyabr 2019 15:49
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxumeni.az-a bildiriblər ki, keçirilən görüşdə Azərbaycan Ordusu ilə Polşa Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Polşa nümayəndə heyəti sülhməramlıların xidmət yerlərində yaradılan sosial-məişət və təlim şəraiti ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az