Əfqanıstanda “Taliban”la toqquşmada 10 polis işçisi həlak olub

Əfqanıstanda “Taliban”la toqquşmada 10 polis işçisi həlak olub

6 Dekabr 2019 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətində “Taliban” hərəkatının silahlıları ilə toqquşma nəticəsində azı 10 polis əməkdaşı həlak olub.

Oxumeni.az Tolo News telekanalına istinadla xəbər verir ki, insident dekabrın 6-na keçən gecə Sahib rayonunda baş verib. Silahlı qrup həmin rayonda iki nəzarət-buraxılış məntəqəsinə hücum edib. Əyalət şurasının üzvü Xaləddin Hakimi ölənlərin arasında polis rəisi Məhəmməd Zahirin də olduğunu deyib.

Döyüşlər zamanı, həmçinin “Taliban” hərəkatının üç silahlısı da öldürülüb.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az