Suriyada terrorçuların avtomobili partlatması nəticəsində çoxlu sayda ölən və yaralananlar var

Suriyada terrorçuların avtomobili partlatması nəticəsində çoxlu sayda ölən və yaralananlar var

23 Dekabr 2019 22:45
Bəyəndim (1) Bəyənmədim (0)

Suriyanın Tel Abyad bölgəsində - “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı ərazidə PKK/YPG terror təşkilatının üzvlərinin avtomobili partlatmaları nəticəsində 8 nəfər həlak olub.

Türkiyənin Milli Müdafiə Nazirliyindən Oxumeni.az-a bildiriblər ki, ölənlərdən biri qadın, biri isə uşaqdır.

Məlumatda hadisə nəticəsində çoxlu sayda dinc sakinin yaralandığı qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az