Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni kursant yataqxanası istifadəyə verilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni kursant yataqxanası istifadəyə verilib

28 Dekabr 2019 11:35
Bəyəndim (1) Bəyənmədim (0)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Oxumeni.az-a bildiriblər ki, əvvəlcə hərbi məktəbin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad olunub.

Sonra yeni kursant yataqxanasının açılışı olub. Məlumat verilib ki, müasir tələblərə cavab verən yeni dördmərtəbəli bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az