Pentaqon iranlı generalın öldürülməsinin məsuliyyətini öz üzərinə götürüb

Pentaqon iranlı generalın öldürülməsinin məsuliyyətini öz üzərinə götürüb

3 Yanvar 2020 08:00
Bəyəndim (1) Bəyənmədim (0)

Pentaqon iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən əməliyyatın ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən keçirildiyini təsdiqləyib.

Oxumeni.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Əl-Qüds” qüvvələrinin başçısı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaniyə qarşı müdafiə xarakterli əməliyyat Birləşmiş Ştatların xaricdəki şəxsi heyətini müdafiə etmək məqsədilə keçirilib. “General Qasım Süleymani İraqda və regionun digər ölkələrində Amerika diplomatlarına və hərbi qulluqçularına hücum planları üzərində fəal işləyirdi. O, ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu da dəstəkləyib”, -deyə mətbuat mərkəzi bəyan edib.

İranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Xatırladaq ki, yanvarın 3-də gecə saatlarında Bağdad beynəlxalq aeroportu rayonu raket atəşinə tutulub. Hadisə nəticəsində azı 12 hərbçinin yaralandığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az