Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib

Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib

9 Yanvar 2020 06:21
Bəyəndim (1) Bəyənmədim (0)

Beynəlxalq koalisiyanın 60-dan çox hərbi maşını İraqdan Suriyanın şimal-şərqindəki Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

Oxumeni.az-ın məlumatına görə, bu barədə Suriyanın dövlət televiziyası mənbəyə istinadən xəbər verib.

Bundan əvvəl, Suriya dövlət agentliyi "SANA"nın verdiyi məlumata görə, ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazarını tərk edib.

Mənbənin sözlərinə görə, zirehli maşınlar və maddi-texniki təchizat daşıyan 60-dan çox avtomobil Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

Qeyd olunub ki, bir sıra hərbi maşınlar bazaya gəlmək üçün İraqla sərhəddəki “qanunsuz sərhəd keçidi”ndən istifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az