Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən iclasda iştirak edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahında keçirilən iclasda iştirak edib

14 Yanvar 2020 21:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxumeni.az-a bildiriblər ki, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az