Dünyanın hərbi xərcləri 1,7 trilyona çatdı

Dünyanın hərbi xərcləri 1,7 trilyona çatdı

15 Fevral 2020 11:48
Bəyəndim (1) Bəyənmədim (0)

Dünya ölkələri 2019-cu ildə silahlanma və müdafiə xərclərinin həcmini 4% artırıb.

Oxuməni.az xəbər verir ki, bu məlumat Strateji Tədqiqatlar Beynəlxalq İnstitutunun hesabatında yer alıb. Ümumilikdə dünyanın hərbi xərcləri 1,7 trilyon dolları keçib.

Dünya ölkələri arasında müdafiə xərclərinə görə ilk yeri ABŞ tutub. Ondan sonrakı yerləri Çin və Səudiyyə Ərəbistanı tutub. Növbəti pillələrdə Rusiya, Hindistan, Britaniya, Fransa, Yaponiya, Almaniya və Cənubi Koreya qərarlaşıb.

Oxuməni.az