Türk ordusu Bəşər Əsəd bazalarına raket zərbələri endirdi

Türk ordusu Bəşər Əsəd bazalarına raket zərbələri endirdi

20 Fevral 2020 10:50
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Bəşər Əsəd ordusunun mövqelərini vurmağa davam edir.

Oxuməni.az xəbər verir ki, türk ordusu rejim qüvvələrinin Hama və Ləzgiyə bölgəsindəki bir çox hərbi bazalarına raket zərbələri endirib.

Hücum zamanı Suriya ordusunun mövqelərinə böyük xəsarətlərin yetirildiyi bildirilir.

Türkiyənin raket zərbələrindən sonra Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşlər zamanı əldə edilmiş anlaşmalar xatırladılıb:

“Liderlər arasında razılaşdırılmış anlaşmaların şərtləri yerinə yetirilməlidir. Türkiyə İdlib məsələsində bizimlə əməkdaşlıq etməyə hazırdır”.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi və digər anlaşmaların şərtlərinin yerinə yetirilməyəcəyi halda, hər an əməliyyatların bərpa ediləcəyini bəyan etmişdi.

Oxuməni.az