Ruhani əmr verdi: İran ordusu hərəkətə keçdi

Ruhani əmr verdi: İran ordusu hərəkətə keçdi

24 Fevral 2020 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

İran Silahlı Qüvvələri (SEPAH) koronavirusa qarşı mübarizə aparacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, ölkəsi minimal itki ilə yeni virusu nəzarətdə saxlamaq niyyətindədir:

"Bütün hökumət orqanları, Silahlı Qüvvələr, ictimai təşkilatlar cəmiyyətin sağlamlığı üçün lazımi tədbirlər görəcək. Biz ən az itki ilə xəstəliyi nəzarətdə saxlamaq istəyirik”.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb. Artıq Pakistan, Türkiyə, İraq İranla sərhəd-keçid məntəqələrini bağlayıb, Gürcüstan isə hava əlaqəsini dayandırıb. Ermənistan da analoji qərar verəcəyini açıqlayıb.

Oxuməni.az