Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi

Rusiya Türkiyə hərbçilərinin İdlibdə öldürülməsi ilə bağlı açıqlama verdi

28 Fevral 2020 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Müdafiə Nazirliyi İdlibdə 33 Türkiyə hərbçisinin həlak olması ilə əlaqədar açıqlama verib.

Oxuməni.az xəbər verir ki, açıqlamada Rusiya Hava Qüvvələrinin Türkiyə hərbçilərinin vurulduğu ərazidə əməliyyat keçirmədiyi iddia edilib.

Aaçıqlamada Türkiyənin İdlibdəki hərbçilərinin mövqeləri ilə bağlı Rusiyaya məlumat vermədiyi və Türkiyə əsgərlərinin o ərazidə olmamalı olduğu vurğulanıb.

Bundan başqa, Rusiya Türkiyə hərbçilərinin rejim qüvvələri tərəfindən vurulduğunu bildirib.

Oxuməni.az